Keçid linkləri

2025, 27 May, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Yeni hərbi prokuror təyin edilib


Bəhruz Əhmədov
Bəhruz Əhmədov

Bəhruz Əhmədov Azərbaycan Baş prokurorunun müavini – Hərbi prokuror təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, mayın 13-də sərəncam imzalayıb.

2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyevin aprelin 8-də səlahiyyət müddəti başa çatmışdı. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

X.Vəliyevin 20 illik fəaliyyəti dövründə Hərbi Prokurorluğun apardığı bir çox cinayət işləri zaman-zaman cəmiyyətdə müzakirə və şikayətlər doğurub. Onlardan biri də 2017-ci ildə başlanan "Tərtər işi" olub. Həmin vaxt bir çox hərbçilər dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilmişdi. Onda əsgər və zabitlərə qarşı işgəncələr nəticəsində 11 nəfərin öldüyü vurğulanıb. Baş Prokurorluqda 2021-ci ilin dekabrında "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Azərbaycanın yeni hərbi prokuroru kimdir?

B.Əhmədov 1984-cü ildə doğulub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, xidməti fəaliyyətinə Qarabağ Hərbi Prokurorluğunda başlayıb. 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin olunub.

2020-ci ildə Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinə gətirilib.

'Tərtər işi'ndə adı hallanan Xanlar Vəliyevi 'cəzalandırmaq əvəzinə vəzifə verdilər'
Gözlə

No media source currently available

0:00 0:07:40 0:00


XS
SM
MD
LG