Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var. Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Azərbaycanda neft hasilatı azalır və iqtisadi artım tempi yavaşıyır. Niderlandın ən böyük maliyyə korporasiyası olan "ING Group" Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu 3 faizdən 2.5 faizə endirib.
Müsavat üzvü Tofiq Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq aprelin 1-dən aclığa başladığını açıqlayıb.
AbzasMedia-nın həbs olunan direktoru Ülvi Həsənlinin sözlərinə görə, polis idarəsində ona verilən suallar korrupsiya cinayətləri ilə bağlı araşdırmalarla əlaqəli olub: "Mənə təpik, yumruq vurdular. Dedilər, niyə Qarabağdan yazmırsınız?".
Azərbaycanın quru sərhədlərində gediş-gəlişin 2020-ci ildən məhdudlaşdırılmasının özəlliklə sərhədyanı yaşayış məntəqələrində insanların sosial vəziyyətinə mənfi təsir göstərdiyi bildirilir.
Oktyabrın 8-də "Human Rights Watch" və "Freedom Now" insan haqları təşkilatları yaydıqları birgə hesabatda Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücum aparıldığını yazıblar.
Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Bu barədə Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 5-də yayılan illik hesabatından bildirib.
Azərbaycan hakimiyyətinə yaxın mediada yazılanlara görə, hökumət bir neçə beynəlxalq təşkilatın Bakıdakı nümayəndəliyini bağlamaq qərarına gəlib.
Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adı yerinə "Sea Breeze" yazılıb. "Sea Breeze" yaşayış və turizm kompleksi prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarova məxsusdur.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi "Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması" mövzusunda Dəyirmi Masa təşkil edib.
Fevralın 24-də Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibənin 3 ili tamam olur.
Fevralın 21-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) həbs edilib. Onun "MeydanTV işi" ilə əlaqədar həbs olunduğu bildirilir. Son bir ildə Azərbaycanda maliyyə qaçaqmalçılığında ittiham olunaraq 30-yə yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlar ittihamları qəbul etmir, siyasi sifariş sayırlar.
Davamı